Ovçular şəhərdə gəzən ayını axtarırlar - VİDEO

Ovçular şəhərdə gəzən ayını axtarırlar -    VİDEO
  22 Avqust 2022    Oxunub:1565
Dünən Rusiyada maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, Tomsk vilayətinin Strejevoy şəhərində ayı görünüb.
Vəhşi heyvan axşam saatlarında şəhərin küçələrində gəzişirmiş. Xoşbəxtlikdən gecə saatları olduğu üçün küçədə heç kim olmayıb və ayı avtomobili görən kimi qaçıb. Səlahiyyətlilər səhər saatlarında şəhərin artıq təhlükəsiz
olduğunu deyiblər.

Ovçular heyvanı axtarırlar, sakinlərdən isə ayı-sayıq olmaları tələb edilib. Ayı tapılmayıb və ehtimal edilir ki, o, meşəyə qayıdıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ayı  





Xəbər lenti