Marşrutların hərəkət sxemi yenidən “Google Maps”də

   Marşrutların hərəkət sxemi yenidən “Google Maps”də
  22 Avqust 2022    Oxunub:1080
Bakıda marşrut xətləri ilə bağlı zəruri məlumatları “Google Maps” platformasından əldə etmək artıq yenidən mümkündür.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentiyi məlumat yayıb.

Qeyd olunub ki, xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.

Xatırladaq ki, mayın əvvəlində Bakıda müntəzəm marşrut xətlərinə dair məlumatlar “Google Maps” servisindən silinmişdi. Bu da sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə, narazılıqlara səbəb olmuşdu.

AzVision.az


Teqlər:



Xəbər lenti