Bakının bir hissəsində qaz olmayacaq

Bakının bir hissəsində qaz olmayacaq
  22 Avqust 2022    Oxunub:1652
Sabah Nizami rayonu ərazisində SOCAR “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.
Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. “Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

Müvəqqəti narahatlığa görə üzr istəyirik”,- deyə məlumatda bildirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti