Ərdoğan İsrailə səfir təyin edəcək

   Ərdoğan İsrailə səfir təyin edəcək
  23 Avqust 2022    Oxunub:719
Önümüzdəki günlərdə İsrail ilə əlaqələrin normallaşmasını sürətləndirəcəyik.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

"Türkiyə tərəfdən İsrailə göndəriləcək səfir namizədlər artıq hazırdır. Yaxın günlərdə həmin siyahını cənab Ərdoğana təqdim edəcəyik. Deyə bilərik ki, yaxın günlərdə təsdiqlənən adlar bəlli olacaq. İsrailə uyğun olaraq həmin dostumuzu seçəcəyik. Fələstin də bizim İsrail ilə əlaqələrimizin normallşamasını istəyir", - XİN başçısı bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti