Sonuncu kursu bitirməsi üçün 1500 manat lazımdır - Zeynəbə kömək olaq

   Sonuncu kursu bitirməsi üçün 1500 manat lazımdır -     Zeynəbə kömək olaq
  23 Avqust 2022    Oxunub:1865
Astara sakini Zeynəb Əlizadə 3 il öncə müəllim yanına hazırlığa getmədən Azərbaycan Dillər Universitetinin “Jurnalistika” ixtisasına qəbul olmuşdu. Onun ön böyük arzusu jurnalist olmaq idi. Qəbul imtahanından uğurla keçən Zeynəb tələbə adını qazansa da, təhsil haqqını ödəməyə maddi imkanı çatmırdı.
Çünki Zeynəbin atası yoxdur, anası isə yataq xəstəsidir. Ailədə 3 bacıdırlar. Onları nənələri böyüdüb. Onun aldığı aylıq 200 manat pensiya ilə dolandıqlarını bildirmişdilər. Məhz bu səbəbdən illər öncə kampaniya başladıldı və AzVision.az saytında Zeynəblə müsahibə yayımlandı. Bundan sonra xeyirsevər insanlar tələbə qızın təhsil alması üçün maddi dəstək göstərdilər. Beləliklə, Zeynəb beynəlxalq jurnalistika fakültəsində təhsil aldı. O, bu il 4-cü kursa keçir. Məlum olub ki, sonuncu kursun təhsil haqqını ödəməkdə çətinlik çəkir və bununla bağlı kömək istəyir.

Bu haqda Karyera və işə hazırlıq Mərkəzinin direktoru Şahin Sərdarlı facebook səhifəsində bildirib:

"Tam 3 il öncə avqustun 23-ü təhsil haqqını ödəyə bilməyən tələbəmiz Zeynəbin 3 illik təhsil xərci dostlarımızın sayəsində ödənilmişdi. Lamiyə Əhmədzadə ilə başlatdığımız kampaniya öz nəticəsini verdi və tələbə adını qazandı.

Vüsal Məmmədovun rəhbərlik etdiyi AzVision.az saytında yayımlanan məlumatdan sonra Raqif Raufoglu, Elşad Miri, Tural Yusifov , Ramin Əhmədov Ahmedov, eləcə də sosial mediadan digər dostlarımız maddi dəstək olmuşdu. Jurnalist Aytən xanımın böyük dəstəyi olmuşdu.

Hacı xanım Mərcan nənəni yəqin xatırlayırsınız, hamınıza, nəvəsinin karyera həyatına işıqlı yol açan bütün şəxslərə dua edirdi. Mənə demişdi ki, Zeynəbi sizə, sizi Allaha tapşırıram. İndi həyatda yoxdur. Son nəfəsində zəng vurmuşdu. Şuşada hərbi xidmətdə idim. Dedi ki, gözüm arxada deyil, siz ki, nəvəmə dayaq olmusunuz, Allah böyükdür, o da sizin dayağınız olsun.

Əlqərəz, xanım tələbəmiz bu il 4-cü kursa keçir, beynəlxalq jurnalistika ixtisasında təhsil alır. İngilis və rus dillərini yaxşı bilir, qiymətləri də çox yaxşıdır. Cəmi 1 illik təhsil haqqı xərci qalıb.1500 manatdır. Sizin sayənizdə bunu da bacaracağıq. Şəxsən əlaqə yaratmaq istəyən olarsa, yönləndirə bilərəm. Bütün köçürmələr barədə hesabatı təqdim edəcəyik. Hər birinizə təşəkkür edirəm, inanıram ki, ən qısa zamanda məsələni həll edəcəyik.

Tələbəmizin təhsil xərcinə dəstək olmaq istəyən şəxslər aşağıdakı kart hesabına köçürmə edə bilərlər. Və ya bizimlə şəxsən əlaqə yarada bilərlər".

4169 7385 5038 4451
0502145250


AzVision.az


Teqlər:





Xəbər lenti