MİQ üzrə əlavə vakansiya seçimi başlayır
Bildirilib ki, 24 avqust saat 11:00-dan etibarən start veriləcək və proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil olunacaq.
Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.
AzVision.az
Teqlər: