"Aldadaraq 500 min manat aldı" - "İmam Mehdi"nin məhkəməsi
Zərərçəkmiş deyib ki, ona 500 min manat ziyan dəyib. Bununla bağlı o, 2021-ci ilin iyul ayında Aqil Babayevlə Buzovna qəsəbəsində yerləşən bağ evində görüşüb.
"Mənə dedi ki, get Əhmədlidəki evimdən pulu götür. Gecə saatlarında həmin evə getdim. Evdəki kabinetdən bir hissəsi dollar olmaqla 525 min manat pul götürdüm. Evdən götürdüyüm qızılları isə sonradan özünə qaytardım", - zərərçəkmiş deyib.
Aqil Babayev ittihamı qəbul etməyib. O, Aslanov da daxil olmaqla, bir neçə nəfərin onu döydüyünü, evində axtarış aparıb külli miqdarda pulunu və xeyli qızılını apardığını deyib.
Məhkəmə prosesi avqustun 30-na təyin olunub.
Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


