Alim Qasımov qızına verilən mükafatdan xəbərsizdir

Alim Qasımov qızına verilən mükafatdan xəbərsizdir
  01 May 2014    Oxunub:1316
Tanınmış xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımovanın prezident İlham Əliyev tərəfindən mükafatlandırılmasına münasibət bildirib.
O, AzVision.az-a açıqlamasında bundan xəbərsiz olduğunu bildirib:

“Bu xəbəri sizdən eşidirəm. Xəbərim yox idi. Həmişə xoş xəbər olasınız. Təbii ki, prezidentimizin bu addımını müsbət qarşılayıram. Sənətkara diqqət yetiriləndə o, daha da həvəslənir. Bu, prezidentimizin bir daha sənətkarlarımıza diqqətindən xəbər verir”.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Səhnə fəaliyyəti ilə bağlı bir sıra aparıcı incəsənət xadimləri,o cümlədən əməkdar artist, muğam ustası Fərqanə Qasımova mükafatlandırılıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti