"O, ən güvəndiyim futbolçulardan biridir" - Qurban Qurbanov

O, Çexiya klubu ilə görüşdə qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan brinci qolda kobud səhvə yol verməsinə və onun kəskin tənqid olunmasına münasibət bildirib: "O, ən güvəndiyim futbolçulardan biridir. Şahruddin öz üzərində ən çox işləyən futbolçularımızdan biridir".
Q.Qurbanov qarşıdakı günlərdə heyətə yeni oyunçu cəlb etmək istədiklərini də əlavə edib: "İstəyirik ki, komandada oyunçu sayı çox olsun ki, bacarıqlı futbolçuların da sayı artsın. Düzdür, çox az vaxt qalıb, ancaq imkan olduğu dərəcədə nəsə bir addım atacağıq”.
AzVision.az
Teqlər: