"Aramızda etimada əsaslanan siyasi dialoq qurulub"
“Aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq platformalar, ilk növbədə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatları çərçivəsində əməkdaşlıq edir.
Fürsətdən istifadə edərək, Qazaxıstanın təşəbbüsü ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılmasına verdiyiniz dəstəyə görə Sizə, İlham Heydər oğluna öz minnətdarlığımızı bildirmək istəyirəm. Bu il oktyabrın ortalarında ölkəmizin paytaxtında Müşavirənin sammiti keçiriləcək. Bu, son dərəcə vacib formatda şəxsən iştirak edəcəyinizi səbirsizliklə gözləyirik. Sizin bu forumda iştirakınız arzu etdiyimiz nəticənin əldə olunması baxımından müsbət təsirə malik olacaq”, - Qazaxıstan Prezidenti deyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


