Qazaxıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

   Qazaxıstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
  24 Avqust 2022    Oxunub:1200
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzVision.az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

AzVision.az


Teqlər:



Xəbər lenti