İtaliya Baş naziri Azərbaycan qazının əhəmiyyətindən danışdı
İtaliyanın Baş naziri ölkəsinin 2024-cü ilin payızına qədər Rusiya təbii qazından asılılığı tamamilə aradan qaldıracağını bildirib, bunun milli təhlükəsizlik üçün əsas hədəf olduğunu vurğulayıb. O qeyd edib ki, bunun üçün İtaliyanın yeni təbii qaz təchizatı layihələrinin nəzərdə tutulan müddətdə tamamlanması vacibdir.
Draqi İtaliyanın təbii qaz anbarlarının doluluq nisbətinin hazırda 80 faiz səviyyəsində olduğunu və oktyabrda bu göstəricinin 90 faizə çatdırılmasının qarşıya hədəf kimi qoyulduğunu deyib. Baş nazir, həmçinin qaz təchizatı həcmlərinin qorunmasının qeyri-davamlı həddə çatan xərclərin artmasının qarşısını ala bilməyəcəyini də bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


