Quraqlığa görə ulduzlara xəbərdarlıq : "Sudan az istifadə edin"

    Quraqlığa görə ulduzlara xəbərdarlıq : "Sudan az istifadə edin"
  25 Avqust 2022    Oxunub:1307
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında quraqlıq səbəbi ilə su istifadəsi məhdudlaşdırılıb və sudan qənaətlə istifadə ilə bağlı qayda müəyyənləşdirilib. Ancaq bu qaydaya bir çox tanınmış şəxs məhəl qoymayıb.
Xüsusi ilə ştatın Agoura Hills, Westlake Village, Calabasas və Hidden Hills bölgələrində yerləşən 2 mindən çox dəbdəbəli malikanə sahibləri su məhdudiyyəti ilə bağlı qoyulan qaydalara riayət etməyiblər. Bu şəxslərin arasında Silvester Stallone, Kevin Hart, Dwayne Wade, Kim Kardaşyan kimi tanınmışlar da var.

Qeydlərə görə, su istifadəsinə qoyulan məhdudiyyətin başladığı ötən ildən bəri Kim Kardaşyanın dəfələrlə sudan istifadə qaydasını 150 faiz aşdığı müşahidə edilib.

Kim Kardaşyanın 878 min litrdən çox su istifadə etdiyi üçün, 2 min 325 dollar cərimə ödədiyi bildirilib. Tanınmış aktyor Silvester Stallone 870 min litr, Kevin Hart isə 442 min litr su istifadə edərək məhdudiyyəti aşıb.

Las Virgenes Bələdiyyəsinin Su İdarəsi hüquqları daim aşan yaşayış evlərinin sahiblərinin əvvəlcə cərimələnəcəyini, bu qayda pozuntusu davam edərsə, suyun kəsiləcəyini açıqlayıb.
Rəsmilər 20-dən çox yaşayış məntəqəsinin su klapanlarının möhürləndiyini bildiriblər.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti