Xankəndidə güclü partlayış olub - FOTOLAR

 Xankəndidə güclü partlayış olub -  FOTOLAR
  25 Avqust 2022    Oxunub:1492
Azərbaycanın Xankəndi şəhərində partlayış baş verib.
AzVision.az xəbər verir ki, Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarəti altında olan Xankəndinin qondarma "Daxili İşlər Nazirliyi"nin mətbuat xidməti faktı təsdiqləyib. Mətbuat xidmətinin "rəhbəri" Unan Tadevosyan Facebook səhifəsində paylaşım edərək yazıb ki, partlayış Xankəndindəki binalardan birində qeydə alınıb. O, yanğının da olduğunu yazıb.

Güclü partlayışın səbəbi və itkilər barədə hələlik məlumat verilməyib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Xankəndi   Partlayış  



Xəbər lenti