Yeni “Hyperscrape” virusu: Poçt məlumatlarını oğurlayır

      Yeni “Hyperscrape” virusu:    Poçt məlumatlarını oğurlayır
  25 Avqust 2022    Oxunub:1836
“Microsoft”, “Gmail” və “Yahoo!”nun istifadəçi hesabları İranın “Charming Kitten” haker qrupu tərəfindən yaradılan yeni “Hyperscrape” virusu səbəbindən təhlükə altındadır.
Bu barədə “Bank Info Security” portalı məlumat yayıb. Bildirilir ki, “Hyperscrape”dən istifadə etməzdən əvvəl thakerlər qurbanın hesablarına giriş əldə edir və ya onların istifadəçi sessiyasını ələ keçirirlər.Bundan sonra hakerlər zərərli proqramı uzaqdan sistemə yükləyirlər.

Məlumdur ki, zərərli proqram istifadəçinin poçt qutusu daxilində məlumat toplamaq üçün bütün lazımi funksiyalara malikdir. Bundan əlavə, virus istifadəçini şübhəli fəaliyyət barədə xəbərdar etdiyi “Google” təhlükəsizlik xidmətindən mesajları silə bilir.

Qurbanın poçt qutusundakı hər hansı məktub oxunmamışsa, virus əvvəlcə bu məktubu daxil edir, bütün məlumatları yükləyir və sonra fəaliyyətini gizlətmək üçün onu yenidən oxunmamış mesaj kimi etiketləyir.


AzVision.az


Teqlər:





Xəbər lenti