Fəzail Ağamalı “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi- Sərəncam

    Fəzail Ağamalı “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi-    Sərəncam
  25 Avqust 2022    Oxunub:1258
Prezident İlham Əliyev millət vəkili Fəzail Ağamalı haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəzail Rəhim oğlu Ağamalı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah deputat Fəzail Ağamalının 75 yaşı tamam olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti