Şirvanda daşla qətl törədən şəxs saxlanılıb

   Şirvanda daşla qətl törədən şəxs saxlanılıb
  25 Avqust 2022    Oxunub:1171
Şirvanda qətl törədən şəxs saxlanılıb.
Hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Şirvan şəhərinin Hacıqəhərmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb. (apa)


Teqlər:



Xəbər lenti