Tanınmış rus aktyor İrəvanda erməni ilə evləndi

Tanınmış rus aktyor İrəvanda erməni ilə evləndi
  26 Avqust 2022    Oxunub:2557
Rusiyanın tanınmış aktyoru Pavel Priluçnı erməni həmkarı Zepyur Brutyan ilə Ermənistanda evlənib.
“Major” teleserialının ulduzu olan Pavel və 27 yaşlı aktrisa Zepyur Brutyan serial çəkilişi zamanı tanış olublar.
May ayında sənətçilər sosial şəbəkədə birlikdə çəkdirdikləri şəkilləri paylaşmışdılar. Pərəstişkarları onların münasibətinin sadəcə piar olduğunu düşünürdü.

Qeyd edək ki, Pavel Priluçnı daha öncə aktrisa Aqata Muçenieçe ilə evli idi. Onlar 2020-ci ilin iyun ayında rəsmi olaraq ayrılıblar. Bir neçə ay öncə aktrisa öz anasının instagram hesabından gözyaşları içərisində video paylaşaraq məişət zorakılığına məruz qaldığını və Priluçnının özünütəcrid müddətində içkiyə qurşandığını bildirmişdi. Aktyor isə bu ittihamları rədd etmişdi. Cavab olaraq Muçenieçe özünü keçmiş həyat yoldaşının düşməni hesab etmədiyini, onun fiziki və mənəvi vəziyyətinin qısa bir zamanda normallaşacağına ümid etdiyini bildirmişdi.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti