Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxub

   Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxub
  25 Avqust 2022    Oxunub:1186
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, xəstəlikdən dünyasını dəyişən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 810 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 627 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 614, bu günə qədər isə ümumilikdə 7 135 151 test icra olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti