Narkotacirlərə "pis baxıram" deyib narkotik satdı - VİDEO

   Narkotacirlərə  "pis baxıram"  deyib narkotik satdı -    VİDEO
  26 Avqust 2022    Oxunub:2099
“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-dən məlumat verilib. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi (“Xutor”) adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb. Bu şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb.

Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.

Saxlanılanlar arasında bir neçə gün əvvəl bloqer Nail Kəmərlinin həmin ərazidə hazırladığı reportajda çıxış edən şəxs də var. Belə ki, N.Kəmərlinin suallarını cavablandıran, bəzi narkotik istifadəçilərinin “yaxşı kişi” olduğunu deyən, narkotik satanları isə “deşovıy”, yəni ucuz adlandıran şəxs də tutulanlar arasındadır.

Həmin videonu təqdim edirik:



AzVision.az


Teqlər:



Xəbər lenti