Yol polisi ərinin məşuqəsini döydü

 Yol polisi ərinin məşuqəsini döydü
  26 Avqust 2022    Oxunub:768
Rusiyanın Ufa şəhərində yol polisi əməkdaşı oğlu ilə birlikdə ərinin məşuqəsinə hücum edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı polis kapitanı olan qadın iyul ayında oğlu ilə tətilə gedib və qayıdandan sonra mənzildə əri ilə məşuqəsini görüb.

Münaqişə nəticəsində yol polisi əməkdaşı qadını döyüb, 19 yaşlı oğlan isə onun üzünə bibər qazı vurub və otağa bağlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Yol polisi əməkdaşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 115 və 116-cı maddələri (sağlamlığa yüngül xəsarət yetirmə və döymə) ilə məsuliyyət daşıyır.

AzVision.az



Teqlər:



Xəbər lenti