Cennifer Lopez rəqqasları bürcə görə seçir

Cennifer Lopez rəqqasları bürcə görə seçir
  26 Avqust 2022    Oxunub:1558
Amerikalı pop müğənni Cennifer Lopez bürcə görə komandasına işçilər seçir.
Bu barədə Billboard məlumat yayıb. Rəqqasə Hezer Morris həmkarlarının onunla bölüşdüyü Cennifer Lopez haqqında hekayəni xatırlayıb. Belə ki, “JLo” turların birindən əvvəl rəqqasların seçimini edib. Daha sonra otağa girərək deyib: “Çox sağ olun uşaqlar, çox çalışdınız. Otaqda Qız bürcü varsa, əllərinizi qaldırın”.

Morris müğənninin 23 avqust və 23 sentyabr tarixləri arasında doğulmuş namizədləri komandasına götürmədiyini vurğulayıb. Billboard rəsmi təsdiq üçün Cennifer Lopezə müraciət etsə də, müğənni rəqqasənin sözlərini şərh etməkdən imtina edib.


AzVision.az



Teqlər:





Xəbər lenti