Elmar Vəliyevin qardaşına 580 minlik dələduzluq edənə 12 il həbs istənildi
Prokuror Cəfər Əliyevin 12 il azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Proses sentyabrın 9-da davam edəcək.
Xatırladaq ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.
Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


