İbrahim Tatlısəs əlil arabasında konsert verdi - FOTOLAR

   İbrahim Tatlısəs əlil arabasında konsert verdi -    FOTOLAR
  26 Avqust 2022    Oxunub:1323
Bodrum Yalakavak yolunda avtomobil qəzası keçirən, ölümdən qayıdan İbrahim Tatlısəs qəzadan 12 saat sonra əlil arabasında səhnəyə çıxaraq konsert verib.
AzVision.az xəbər verir ki, ayağı sınan sənətçi həm mahnılar oxuyub, həm də qəza ilə bağlı fikirlərini pərəstişkarları ilə bölüşüb. Konsert verdiyi müddətdə Tatlısəs həkim nəzarəti altında olub.

Baş verən qəzadan sonra atalarını bir an belə tək qoymayan Dilan və İdo Tatlısəs də orada olublar. Müğənni dinləyiciləri ilə qəza anını bölüşərkən, yaşadığı qorxunu, eyni zamanda həyatta qaldığı üçün Allaha şükür etdiyini dilə gətirib:

"Allaha qurban olum, mələklərini göndərdi. Ya Rəbbim, sən nə qədər böyüksən, sənin böyüklüyünə inanmayan kafirdir”



Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti