Yanğınlar nəticəsində dəyən ziyan müəyyənləşdirilir

   Yanğınlar nəticəsində dəyən ziyan müəyyənləşdirilir
  26 Avqust 2022    Oxunub:917
Avqustda baş verən yanğınlar nəticəsində 3 ev və 10 təsərrüfata zərər dəyib.
Bu sözləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Azərbaycan Respublikası ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında qeyd edib.

Etibar Mirzəyev bildirib ki, müvafiq qurumlar tərəfindən insanlara dəyən ziyanı müəyyənləşdirmək istiqamətində hesablamalar aparılır.

“Yanğının əsas təhlükəsi Şabran-Siyəzən istiqamətində neft quyularına doğru hərəkət etməsi idi. Biz bununla bağlı SOCAR-la danışdıq və yanğının neft quyularına doğru irəliləməsinin qarşısını almaq mümkün oldu”.

AzVision.az



Teqlər:



Xəbər lenti