XİN Pakistana başsağlığı verdi

XİN Pakistana başsağlığı verdi
  26 Avqust 2022    Oxunub:1312
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Respublikasına baş vermiş daşqına görə başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu haqda nazirliyin tviter hesabında qeyd olunub:

“Qardaş Pakistanda baş verən daşqın xəbərindən kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”.

AzVision.az



Teqlər: Pakistan  



Xəbər lenti