İlk dəfə günəş sistemindən kənarda karbon qazı aşkarlandı

   İlk dəfə günəş sistemindən kənarda karbon qazı aşkarlandı
  27 Avqust 2022    Oxunub:2093
"James Webb" teleskopu ilk dəfə olaraq Günəş sistemindən kənarda olan planetin atmosferində karbon qazı (CO2) aşkar edib. AzVision.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bu kəşf Yerdən 700 işıq ili uzaqlıqda günəşə bənzər ulduzun ətrafında fırlanan WASP-39 B planeti müşahidə edilərkən baş tutub.

5 inqilabi şəkil: “Ceyms Uebb”in göndərdiyi fotolar hansı sirləri açır | ELMI CAVAB
WASP-39 B 2011-ci ildə astronomlar tərəfindən kəşf edilib. O vaxtdan bəri, alimlər Hubble və Spitzer kosmik teleskoplarından istifadə edərək, onun atmosferində su buxarının, natrium və kaliumun varlığını araşdırdılar. Lakin ilk dəfə olaraq burada karbon qazının olması indi aşkara çıxıb.

Karbon qazının həcmini öyrənən alimlər bu qaz nəhəngini əmələ gətirən bərk və qaz halında olan maddələrin nisbətini müəyyən edə biliblər.
NASA qeyd edir ki, əldə edilən yeni informasiyalar planetlərin tərkibi və formalaşması haqqında mühüm məlumat verir. Yeni məlumatların təfərrüatları və alimlərin gəldiyi nəticələr "Nature" jurnalında dərc olunacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Teleskop   Planet  





Xəbər lenti