Bu içkilər yaşlılar üçün təhlükəlidir

Bu içkilər yaşlılar üçün təhlükəlidir
  27 Avqust 2022    Oxunub:1677
Dietoloq, tibb elmləri doktoru, professor Mixail Qinzburq yaşlılar üçün arzuolunmaz içkilərdən danışıb. AzVision.az xəbər verir ki, o, spirtli içkiləri bu kateqoriyadan olan insanlar üçün ən təhlükəli içki adlandırıb.
Onun sözlərinə görə, alkoqol ürəyin işini sürətləndirdiyi və oksigenə olan tələbatını artırdığı üçün xüsusilə zərərlidir.

- Əgər ürək adətən yaşlılarda müşahidə olunan aterosklerozdan təsirlənirsə, belədə damar zədələri, xüsusən də infarkt riski kəskin şəkildə artır, - professor alkoqolun zərəri barədə danışıb.

Mütəxəssis spirti qocalmanı ləngidən yaşıl çayla əvəz etməyi, həmçinin faydalı maddələrlə zəngin giləmeyvə, meyvə içkiləri içməyi məsləhət görür. Qinzburq qeyd edib ki, meyvə içkilərinin tərkibində şəkər olmamalıdır, çünki şəkər tərkibli içkilər də yaşlılar üçün təhlükəlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: İçki  





Xəbər lenti