DİN-dən hərbçinin yol qəzasında ölümü ilə bağlı məlumat

DİN-dən hərbçinin yol qəzasında ölümü ilə bağlı məlumat
  27 Avqust 2022    Oxunub:867
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti