Müharibəyə görə ölkədən gedən primadonna Moskvaya qayıtdı- VİDEO

Müharibəyə görə ölkədən gedən primadonna Moskvaya qayıtdı-    VİDEO
  27 Avqust 2022    Oxunub:1131
Məşhur rusiyalı müğənni, primadonna Alla Puqaçova Moskvaya qayıdıb. AzVision.az xəbər verir ki, bu barədə onun yaxın dostu, rusiyalı dizayner İqor Qulyayev məlumat yayıb.
O, sosial şəbəkələrdə primadonnanın limuzindən düşərək qapını ayağı ilə açmasını əks etdirən videonu paylaşıb.

Qalkindən Ukrayna müharibəsi ilə bağlı təsirli paylaşım - VİDEO
Qulyayev paylaşımda "Allusya, sənin üçün necə darıxdım!"yazıb.

Qeyd edək ki, Alla Puqaçova Ukraynadakı müharibə barədə fikirlərinə dair hələlik ictimaiyyətə açıqlama verməyib. Lakin onun həyat yoldaşı Maksim Qalkin rus hərbçilərin törətdiyi əməlləri və şəhərləri bombalamaq əmri verən Rusiya rəhbərliyini pisləyib. Onlar müharibə başlayandan İsrailə köçmüşdülər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Moskva   Primadonna  





Xəbər lenti