Polis qadın və uşaq sığınacağını mühafizə edəcək

   Polis qadın və uşaq sığınacağını mühafizə edəcək
  29 Avqust 2022    Oxunub:2292
“Daxili İşlər Nazirliyi sığınacaqda olan sakinlərin həyat təhlükələrini nəzərə alaraq sığınacağı ödənişsiz, 7/24 mühafizə edəcək”.
AzVision.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri, DİN yanında İctimai Şuranın üzvü Mehriban Zeynalova məlumat yayıb. O, bildirib ki, əvvəllər dəfələrlə uşaq və qadın sığınacağının əməkdaşlarının həyatı təhlükə ilə üz-üzə qalıb.

DİN mətbuat xidmətindən məlumatı saytımıza təsdiq ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti