Xalq artisti xəstəxanaya yerləşdirildi

   Xalq artisti xəstəxanaya yerləşdirildi
  29 Avqust 2022    Oxunub:1409
Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə prodüser Vasif Ayan feysbukda məlumat verib.

O, sənətkarın hansı səbəbdən xəstəxanaya yerləşdirildiyini açıqlamayıb.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

AzVision.az


Teqlər:





Xəbər lenti