Mədət Quliyev sabiq rəisi özünə müşavir təyin etdi

 Mədət Quliyev sabiq rəisi özünə müşavir təyin etdi
  29 Avqust 2022    Oxunub:1972
Müdafiə sənayesi naziri Mədət Quliyev özünə yeni müşavir təyin edib.
AzVision.azxəbər verir ki, nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.

Müdafiə Sənayesi Nazirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, A.Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. DTX-nin fəxri əməkdaşıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti