Gülşən ev dustaqlığına buraxılıb

   Gülşən ev dustaqlığına buraxılıb
  29 Avqust 2022    Oxunub:1658
Türkiyənin məşhur pop sənətçisi Gülşən ev dustaqlığına buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə məhkəmə qərar verib. Belə ki, Gülşənin məhkəmə qərarına qarşı qaldırdığı etiraz qəbul olunub və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb və barəsində saxlanılma qərarı verilib. Daha sonra müğənni məhkəmə qarşısına çıxarılıb. Məhkəmə qərarı ilə Gülşən həbs olunaraq həbsxanaya göndərilib. Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti