Millimizin həkimi təyyarədə sərnişinin həyatını xilas edib

   Millimizin həkimi təyyarədə sərnişinin həyatını xilas edib
  29 Avqust 2022    Oxunub:1312
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Bakı - İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.

Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. Sərnişin həkimlərə bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir. Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, onun səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.

Həmin təyyarədə Maltaya yarışa gedən qadın futbolçulardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi Lalə İbrahimova çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.

Həkim sərnişindən təcili ürəyini kardioqramma etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti