Xaricdə oxuyan 22 nəfərin diplomu tanınmadı

   Xaricdə oxuyan 22 nəfərin diplomu tanınmadı
  30 Avqust 2022    Oxunub:1136
Avqust ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AzVision.az -a verilən məlumata görə, həmin müddətdə 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 6, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 81, Rusiyadan 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.

Qeyd olunub ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

AzVision.az



Teqlər:





Xəbər lenti