"James Webb" fenomenal kosmik hadisəni çəkdi - FOTO

   "James Webb" fenomenal kosmik hadisəni çəkdi -    FOTO
  01 Sentyabr 2022    Oxunub:1434
Kainat həqiqətən möcüzələrlə doludur. Məşhur "James Webb" kosmik teleskopu fəaliyyətə başlayandan az qala hər ay bir neçə inqilabi foto çəkir. AzVision.az xəbər verir ki, teleskop növbəti dəfə möcüzəvi görüntülərdən birinin keyfiyyətli fotosunu çəkib.
"Science Alert"in məlumatına görə, bu yeni görüntüdə Yerdən təxminən 5600 işıq ili uzaqda olan bir ulduz əks olunub. Teleskopun "infraqırmızı gözü" qeyri-adi bir detalı sezə bilib. Ulduz sanki xaricə yayılan və işıq halqaları kimi görünən müəmmalı bir şeylərlə əhatə olunub.

Bildirilir ki, bu "konsentrik üzüklər" realdır, hansısa işıq effektinin nəticəsi deyil.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ulduz   Teleskop  





Xəbər lenti