Serial çəkilişində silahlı basqın: "50 min dollar verməlisiniz"

      Serial çəkilişində silahlı basqın:    "50 min dollar verməlisiniz"
  01 Sentyabr 2022    Oxunub:1129
“Leon” filmində canlandırdığı Matilda obrazı ilə məhşurlaşan amerikalı aktrisa Natali Portman “Lady in the Lake” adlı serialın çəkilişi zamanı gərgin anlar yaşayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Baltimor şəhərində baş tutan çəkilişlər zamanı aktrisa və onun komandası bir qrup şəxs tərəfindən silahlı basqına məruz qalıb.

Silahlı şəxslər bildiriblər ki, əgər çəkiliş dayandırılmasa və yaxud da onlara 50 min dollar məbləğində pul verilməsə onlar insanlara atəş açacaqlar. Hazırda soyğunçular polis tərəfindən axtarılırlar.

"The Hollywood Reporter" in məlumatına görə, ekipajın təhlükəsizliyini qorumaq üçün serialın çəkilişləri dayandırılıb.

Şəms Şahinli
AzVision.az



Teqlər:





Xəbər lenti