Burada “məni yu” yazıla bilərdi – FOTOLAR

Burada    “məni yu”    yazıla bilərdi –    FOTOLAR
  02 Sentyabr 2022    Oxunub:1374
ABŞ-da Skott Ueyd adlı bir rəssam var. O, şəkillərini... maşınların çirkli şüşələrində çəkir. O yerdə ki, bizdə adətən “məni yu” yazırlar, Skott əsl şedevrlər yaradır.

Texaslı rəssamın palçıqlı şüşələrdə yaratdığı əsərlərin qəhrəmanları məşhur insanlar, əfsanəvi qəhrəmanlar, gözəl mənzərələr, heyvanlar və s. olur. O, bu işlərilə hətta sərgilərdə də iştirak edir.


Skott əsərlərini fırça, nazik stilus və barmaqla çəkir. Bəzən işə başlamazdan öncə şüşələrə xüsusi gel sürtərək, maşını tozlu yollarla sürür. İş zamanı isə dua edir ki, yağış mümkün qədər gec yağsın. Çünki onun əsərlərinin ömrü yağış yağana qədərdir.

Samir Quliyev
AzVision.az

Qalereya




Teqlər: Rəsm  





Xəbər lenti