AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, elanda qocalar evinin sakinlərini sevindirmək üçün 4 yaşdan aşağı olan uşaqların axtarıldığı qeyd olunub. Bildirilib ki, ahılların uşaqlarla birgə vaxt keçirməsi onların ömrünü uzadır, xoşbəxt olmalarına səbəb olur. Bunun qarşılığında anaları ilə qocalar evinə gələn uşaqlara uşaq qidası və pampers təklif olunur.
Eyni zamanda uşaqların ac, yuxulu və yaxud da gərgin olduqları zaman onlara fasilə veriləcəyi də vurğulanıb.
Qocalar evinin rəhbəri uşaqların dəhlizdə gəzməsinin belə, yaşlı şəxsləri sevindirəcəyini deyib.
Şəms Şahinli
AzVision.az