Tokayev Türk Akademiyasının rəhbərilə görüşüb

Tokayev Türk Akademiyasının rəhbərilə görüşüb
  02 Sentyabr 2022    Oxunub:1048
Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi-arxeoloji tədqiqatların nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyənin (abidə kompleksi) aşkar ediliməsi Türk dünyasında və ümumiyyətlə, dünyada böyük marağa səbəb olub.
Bu münasibətlə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidentini qəbul edib. Tokayev Monqolustanın Nomqon vadisinin Arxanqay aymakında akademiyanın alimlərdən ibarət arxeoloji ekspedisiyasının nəticələri ilə tanış olub. Tədqiqatçıların aşkar etdiyi Kutluq Elteriş xaqana məxsus nadir yazılar yazılmış daş külliyəsi ilə maraqlanıb.

Darxan Kıdırali deyib ki, yeni tapılan daş yazılar qədim türklərin siivilizasiyaya lap erkən vaxtlarda töhfə verdiyini sübut edir. Ərazidə tapılan ritual və ayinlər kompleksində də Kutluq xaqanın hakimiyyəti dövrünə aid artefaktlar və simvollar mövcuddur.

Görüşdə hadisənin tarixi əhəmiyyəti fonunda, həm də Akademiyanın fəaliyyəti və ümumi türk dərs vəsaitlərinin hazırlanması məsələsi də müzakirə olunub.

Darxan Kıdıralı Qazaxıstan prezidnetinə özünün Türk Akademiyasının prezidenti postunda fəaliyyətinin sona yetdiyi haqqında məlumat verib. Tokayev Monqolustanda elmi-tədqiqatlar aparan ekspedisiyanın nəticələrini və Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib.





Teqlər: Türk-dünyası  





Xəbər lenti