Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
  02 Sentyabr 2022    Oxunub:1160
5 sentyabr saat 18:00-da 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, valideynlər 9 sentyabr 2022-ci il saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti