Səma balinası: 755 sərnişin qəbul edəcək

      Səma balinası:    755 sərnişin qəbul edəcək
  04 Sentyabr 2022    Oxunub:1838
İspan dizayneri Oskar Vinals yüksəksürətli təyyarə konsepsiyasını hazırlayıb. Əsər Küveytdə Şeyx Abdullah Əl Salem kompleksində keçirilən sərgidə nümayiş etdirilib.
Sky Whale( Səma balinası) 755-ə qədər sərnişin daşıya bilən lüks bir təyyarədir. Sky Whale uzunluğu 77 metrdən bir qədər azdır, Airbus A380-800 və ya Boeing 747-yə yaxındır, lakin kabinənin forması daha çox yer tutmağa imkan verir.

Dizayner təyyarəni həm adi yanacaqla, həm də elektrik enerjisi ilə işləyən dörd mühərriklə təchiz etməyi təklif edir. Qapaqlar meyl dərəcəsini dəyişə bilər, bu da təyyarənin qısa uçuş-enmə zolaqlarından qalxmasına imkan verəcək və dizayna inteqrasiya olunmuş günəş panelləri daha çox enerji toplamağa kömək edəcək.

Qanadları "çıxarılan" etmək təklif olunur. Zəruri hallarda, məsələn, qəza halında onları "atmaq" olar.

Təyyarənin içərisi birinci dərəcəli sərnişinlər üçün idman zalı, spa və panoramik damları olan lüks bir oteli xatırladır.









Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti