Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri

 Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri
  07 Sentyabr 2022    Oxunub:1168
Bu il 4 regionda keçirilən sertifikasiya imtahanında 98 faiz müəllim iştirak edib və onlardan 78 faizi ilk mərhələdə uğur qazanıb.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sertifikasiyadan keçən 2367 müəllimin təkmilləşməyə ehtiyacı var:

"İmtahanında iştirak edən 5 600 müəllim müsahibə mərhələsindən keçərsə, əmək haqlarına 10 faiz əlavə olacaq. Yüksək nəticə göstərən 27 faiz müəllimin əmək haqqının 35 faiz əlavə olunacaq".

Nazir qeyd edib ki, Bakı şəhərində 86 faiz müəllim sertifikasiya imtahanında uğur qazanıbsa, Daşkəsəndən olan müəllimlərin uğuru 41 faiz olub: "Sonlarda olan bölgələr eyni zamanda IX sinif buraxılış imtahanlarda da aşağı nəticə göstərənlərdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti