"Karyeramı film sektorunda davam etdirəcəyəm" - Zabit Səmədov
Təcrübəli idmançı karyerasını bitirdikdən sonra film sektorunda çalışacağını deyib: "Artıq 38 yaşım var. Film sektorunda davam etmək fikrim var. Bir möhtəşəm layihəmiz olacaq, vətən mövzusunda filmdir. Döyüşdən sonra açıqlayacağam.
Səmədov ilk və son döyüşü haqda hisslərini bölüşüb: "İlk döyüşlərdə həyəcan var idi. Amma sonuncu döyüşün məsuliyyəti böyükdur. 2013-cu ildən uduzmuram. İstəyirəm ki, karyeramı qələbə ilə bitirim".
Z.Səmədov onu da bildirib ki, məğlub olsa, bu, onun son döyüşü olmaya bilər: "Bu döyüşdə mütləq qələbə qazanmalıyam. Əgər uduzsam, revanş olacaq. Mən 3-4 il əvvəl Silvaya döyüş təklif etmişdim. Həmin vaxt alınmamışdı. O, simpatiyam olan idmançıdır".
Qeyd edək ki, Zabit Səmədov sabiq UFC döyüşçüsü olan Antonio Silva ilə vida döyüşü sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.
AzVision.az
Teqlər: