Amerikalı qadın diplomat öldürüldü

Amerikalı qadın diplomat öldürüldü
  08 Aprel 2013    Oxunub:1487
ABŞ Dövlət katibi Con Kerrinin faciə adlandırdığı hadisə
Dünən Əfqanıstanda hərbi karvana təşkil edilən hücum nəticəsində ABŞ-ın 25 yaşlı qadın diplomatı dünyasını dəyişib.

Terror zamanı, qadın diplomatla yanaşı, dörd nəfərin də öldüyü bildirilir.

Məlumat üçün bildirək ki, Əfqanıstandakı hərbi karvan məktəbli uşaqlara kitab paylamaq üçün yola çıxıb, Əfqanıstan əsgərləri hərbi kortejə partlayıcı qurğu qoyub və hadisəni törədib.

Qeyd edək ki, ölən diplomat, 12 ildir davam edən Əfqanıstan müharibəsində ölən ilk amerikalı diplomat olub.

Xarici mətbuatlarda yer alan xəbərlərə görə, ABŞ Dövlət katibi Con Kerri bu hadisəni faciə adlandırıb:
“Bu faciəvi bir hadisədir. Və bu hər iki ölkə arasındakı ziddiyyətin hansı dərəcədə olmasından xəbər verir” -deyə o bildirib.

Mirvari



Teqlər:  





Xəbər lenti