Elizabetin ömrünün son saniyələrində yanında kim olub?

   Elizabetin ömrünün son saniyələrində yanında kim olub?
  09 Sentyabr 2022    Oxunub:907
Kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat etdi. Ömrünün son anlarında onun yanında övladları Çarlz və şahzadə Anna olub. Kral ailəsinin qalan hissəsi bu faciəli anda onun yanında olmaq fürsətini əldən verib.
AzVision.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb..

II Elizabet Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Müəllif qeyd edir ki, şahzadələr Uilyam, Harri, Endryu, Edvard və onun həyat yoldaşı Sofi Elizabetin öldüyünü biləndə tələsik Balmorala gediblər. Lakin onlar kraliça ilə vidalaşa bilməyiblər.

Britaniya taxtının 9 yaşlı varisi Corc
Şahzadə Uilyam fotoqrafların kamerasına tuş gələndə onun üzü tutqun olub. Sentyabrın 8-də axşam saat 17:00 radələrində o, özünün "Range Rover"i ilə Şotlandiya iqamətgahının darvazalarından keçib. 96 yaşlı Elizabet isə həmin vaxt artıq keçinibmiş. Baxmayaraq ki, Bukinqem sarayı onun ölümünü saat yarım sonra - saat 18:30-da elan etdi.

Harri də Londonda həyat yoldaşı Meqan Markle ilə xeyriyyə tədbirini ləğv etdikdən sonra nənəsini sonuncu dəfə görməyə çalışıb.
O, Balmorala əlahəzrətin ölüm xəbəri bütün dünyaya məlum olandan iki saat sonra gəlib.
Elizabetin son anlarında çarpayının yanında onun iki övladı - 73 yaşlı Çarlz (böyük oğlu) və 72 yaşlı şahzadə Anna olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şahzadə   Ölüm  





Xəbər lenti