“Nəticələr yaxşı olarsa, təhsildə “şaftalı ili” elan olunsun” - Deputat
Deputat bildirib ki, gələn dəfə sertifaksiya imtahanında ustad yazıçı Səməd Behrənginin kiçik dostuna danışdığı nağılı salmaq lazımdır: "O nağılda, iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər baxın nələr gəlir başına: “…Beləliklə, mən hərəkətdən və hərarətli əllərdən düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda, öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənim gövdəmə dırmaşıb budaqlarımı silkələyirlər.
Ağacın ətrafında toplaşan yarıçılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır…” Müəllimlərin hər biri bu mətni oxuyub Elm və Təhsil nazirliyinin rəhbərliyinə danışsınlar. Sonra onların bilikləri ölçülsün. Sonra nazirliyin rəhbər şəxslərindən tutmuş sıravi işçilərə qədər hamısı mətndəki cümlələri sintaksis təhlil etsinlər. Sonra onların biliklərini yüksək bal toplayan müəllimlər yoxlasınlar. Nəticələr yaxşı olarsa, təhsildə "şaftalı ili" elan olunsun!".
AzVision.az
Teqlər: