Azərbaycanın 5 idmançısı mübarizəyə başlayır

Azərbaycanın 5 idmançısı mübarizəyə başlayır
  10 Sentyabr 2022    Oxunub:796
Bu gün İtaliyanın Rikkione şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku start götürəcək.
AzVision.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı tatami üzərinə çıxacaq.

60 kq-da Rövşən Əliyev Xuan Sayeslə (İspaniya), Nazir Talıbov Toylu Muradovla (Türkmənistan) qarşılaşacaq. 66 kq çəki dərəcəsində Orxan Səfərov Yolan Florimon (Fransa), Yaşar Nəcəfov Sərdar Rəhimov (Türkmənistan), Kəramət Hüseynov isə Bencamin Qomes (Fransa) - Aleksandr Şort (Böyük Britaniya) cütünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, 2 gün davam edəcək Açıq Avropa turnirində Azərbaycanın ümumilikdə 13 cüdoçusu mübarizə aparacaq. Bu gün çıxış edəcək 5 idmançı ilə yanaşı, Səid Mollayi, Zelim Tçkayev, Rüstəm Orucov (hamısı 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev, Məmmədəli Mehdiyev (hə ikisi 100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) qüvvəsini sınayacaq.

Yarışdan sonra idmançılar 12 - 17 sentyabrda Rikkionedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti