"49 hərbçimiz ölüb" - Paşinyan

   "49 hərbçimiz ölüb" -    Paşinyan
  13 Sentyabr 2022    Oxunub:1570
Hazırda təsdiqlənən ölü sayı 49 nəfərdir. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, parlamentin tribunasından sərhəddəki erməni təxribatından sonra yaranmış gərgin vəziyyət barədə məlumat verib. Baş nazir pafoslu sözlərlə qeyd edib ki, erməni dövlətçiliyi hazırda sərhəddə duran əsgərlərin üzərində dayanıb.

Paşinyanın qeyd edib ki, Azərbaycan sərhəddəki atışmaları erməni təxribatlarına cavab kimi təqdim edib.

"Biz hələ ki, ölənlərin dəqiq sayı ilə bağlı məlumatlar almamışıq və bununla bağlı heç bir informasiya dərc etməmişik", - Paşinyan ölü sayının artacağını etiraf edib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Təxribat  





Xəbər lenti